S.Peres: Daha yaxşı formada olmaq üçün nə etməli olduğumu bilirəm

Red Bull-un meksikalı pilotu Kanada Qran Prisi ərəfəsində əhval-ruhiyyəsi barədə danışıb.

F-1.az xəbər verir ki, Serxio pik formaya qayıtmağın yollarını bildiyini deyib.

Serxio Peres: “Bu həftə sonu sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. İspaniya Qran Prisindən sonra mən Milton Keynsdə oldum, yaxşı iş gördük və konstruktiv söhbətlərimiz oldu. Mən ən yaxşı formama qayıtmaq üçün nə etməli olduğumu bilirəm və komanda da bolidi necə qurmağı bilir ki, ən yaxşı performansımı göstərə bilim.

Bu anlarda komanda şəklində işləmək çox vacibdir, Kanadada qələbə qazanmaq üçün bir-birimizə dəstək olacağıq. Mənim fantastik maşınım var. Sükan arxasına keçmək həmişə həyəcanvericidir və yaxşı həftəsonu keçirmək üçün mümkün qədər stabil olmalıyam”.

Xatırladaq ki, Çeko bir ara çempionatda lider olan komanda yoldaşı ilə fərqi 6 xala salsa da, son 2 yarışda yol verdiyi səhvlərlə 53 xal geridə qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*