S.Fettel çempion olmaq istəyir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, 2017-ci ildə ən əsas hədəfi çempion olmaqdır.

F-1.az xatırladır ki, Ferrari qış testlərində sürətli təsir bağışlamışdı.

Sebastyan Fettel: “Bəli. Artıq çempion olmaq istəyirəm və Ferrari olaraq buna hazırıq. Hazırda komandada abu-hava çox gözəldir və hamı əlindən gələni edir. Təbii ki, testlərə baxaraq nəsə demək çətindir. Mövsümün ilk 3 yarışından sonra sıralanma dəqiqləşəcək. Amma düşünürəm ki, Mercedes-ə çox yaxınıq.

Formula1-də əsas olan yaxşı maşın yox, qazandığınız xallardır. Biz də bunu bilirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*