S.Fettel: Alonso üçün sevinirəm

Dördqat dünya çempionu bu il Fernando Alonsonun uğurlarına sevindiyini, F1-dən ayrıldığı üçün isə peşman olmadığını deyib.

F-1.az xatırladır ki, Fernando bir neçə uğursuz mövsümdən sonra Aston Martin-ə keçib və nəhayət, üst yerlər uğrunda mübarizəyə imkan verən maşına sahib olub.

Fernando Alonso: “Fernando üçün xoşbəxtəm. Uzun illərdir ki, rəqabətədavamlı maşını yox idi, amma indi ikinci baharı və ya ikinci bal ayı kimi bir şey yaşayır”.

Formula1-ə qayıdışının mümkün olub-olmaması ilə bağlı suala Sebastyan belə cavab verib: “Məncə, gələn il nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. F1-dən ayrıldığım üçün peşman deyiləm. Qərarımdan razıyam və bu, hər şeydən vacibdir.
Son bir neçə il ərzində komandanı yaxşı tanıdım, ona görə də indi şadam ki, hər şey onlar üçün yaxşı işləyir. 2023-cü il mövsümü keçən ildən daha yaxşı olmalı idi, çünki 2022-ci ildə hər şey kifayət qədər pis idi. Beləliklə, onların irəliləyişi gözlənilən idi. İndi nə baş verdiyinin əhəmiyyəti yoxdur. Bu mövsüm vəziyyətinn necə olacağından asılı olmayaraq hər şeyi düşünüb qərar verdim”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*