S.Domenikali F1-ə rəhbər gəlir?

Ferrari-nin sabiq rəhbəri Stefano Domenikali tezliklə Çeyz Kerini əvəz edərək Formula1-in rəhbəri ola bilər.

F-1.az bu xəbəri Britaniya mətbuatına istinadən yayır. Donenikali ilə müqavilə tezliklə imzalanacaq və komandalara bu xəbər həftənin ikinci günü verilib. Çeyz Keri isə fərqli vəzifə tutaraq, Formula1-də işləməyə davam edəcək.

Qeyd edək ki, Domenikali 2008-2014-cü illərdə Ferrari komandasının rəhbəri olub. İtaliyalı mütəxəssis 2014-cü ildə Ferrari-dən ayrıldıqdan sonra Audi-də işləyib. Daha sonra isə Lamborghini-yə rəhbər olaraq keçib.

Çeyz Keri isə Liberty Media 2016-cı ildə Formula1-i satın aldıqdan bəri rəhbər vəzifəsində çalışıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*