S.Börd: Peres ideal ikinci sürücüdür

F-1.az xəbər verir ki, Formula E sürücüsü hesab edir ki, Maks Ferstappen üçün ən yaxşı köməkçi elə Serxio Peresdir.

Sem Börd: “Peres düzgün etdi, bütün lazımi işləri gördü. O, Maks Ferstappen üçün yaxşı dəstəkçidir və Red Bull-a məhz bu lazımdır. Biz bilirik ki, Maks Ferstappen komandanın lideridir və bu, dəyişməyəcək. Peres tapşırığın öhdəsindən gəldimi? Bəli, tamamilə.

Elbon və Qasli komandada olanda həmişə sual işarələri olurdu. İndi belə bir hiss var ki, Peres və onun komandadakı rolu belə suallara yer qoymur. Maksdan bir qədər yavaş olması hər kəsi sevindirir və bu, normaldır. Yaxşı günündə yaxşı yarışa və bəlkə də qalib gələ bilər. O, Maks üçün mükəmməl iki nömrədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*