11 Dekabr 2018, Çərşənbə axşamı - 19:45

Pirelli hələ müqavilə uzatmaq barədə qərar verməyib…

Pirelli hələ müqavilə uzatmaq barədə qərar verməyib…

Müəllif: Elçin Zodorov, redaktor

16:20 - 29 May, 2018

F-1.az xatırladır ki, italyan təkər təchizatçısının Formula1-lə olan cari müqaviləsi 2019-cu ilin sonuna qədər nəzərdə tutulub. Şirkətin prezidenti Marko Tronketti Provera ölkəsində Rai radiosuna verdiyi müsahibədə Formula1-də gələcək fəaliyyətləri barədə qərar vermədiklərini bildirib.

Marko Tronketti Provera: “Əgər Formula1-dən texniki çağırış olsa, biz komandalar və sürücülərin istədiklərini verməkdə davam edəcəyik. Yox, əgər Formula1 daha çox kommersiya tədbiri olarsa, biz gedəcəyik. Nəticələrin daha çox sürücülərdən asılı olması vacibdir. Təkərlər yaxşı işlədikdə sürücülər razı qalırlar, onlar çətinliklərin öhdəsindən gəlməli olduqda isə tamaşaçılar zövq alırlar.

Hesab edirəm ki, bu il mübarizə daha kəskindir və bu, yaxşı xəbərdir. Lakin bir tərəfdən də aydındır ki, təkərlərin və aerodinamikanın köməyi ilə sürətlər artıb, dar traslarda isə ötmələr mümkünsüz olub. Görək, motorçuların yeniliklər gətirəcəyi Kanadada nələr baş verəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 207
Teqlər , ,
Paylaş

logo