R.Şumaher DTM-in testlərində ən yaxşı olub

İspaniyanın Valensiya şəhərində Almaniyanın DTM kuzov çempionatının iştirakçılarının dördgünlük test sessiyası başa çatıb. Testlərə bəzi güclü sürücülər heç qoşulmayıblar, bəziləri […]

İspaniyanın Valensiya şəhərində Almaniyanın DTM kuzov çempionatının iştirakçılarının dördgünlük test sessiyası başa çatıb. Testlərə bəzi güclü sürücülər heç qoşulmayıblar, bəziləri isə cəmi bir neçə saatlığa trasa çıxıblar (məsələn, keçənilki çempion Timo Şayder). Əvəzində tribunalara toplaşan azarkeşlər bir çox debütantların trasda işini görüblər – test günlərindən bir gün Red Bull komandasının məsləhətçisi Dəvid Kulthard da trasa çıxıb.

Testlərdə ən yaxşı nəticəni testlərin son günü gözlənilmədən Mercedes-in sürücüsü Ralf Şumaher göstərib. Yeddiqat dünya çempionunun balaca qardaşı əvvəllər DTM-də heç nə ilə yadda qalmamışdı, amma qarşıdakı mövsümdə vəziyyətin dəyişməsini gözləmək olar.

Alman sürücüyə cəmi 0.007 saniyə uduzan gənc ispaniyalı sürücü Miqel Molina ikinci olub – keçən il o Renault Dünya seriyasında yarışırdı, bu ildən isə DTM-də Audi komandasında çıxış edəcək. Kulthardın göstərdiyi nəticə isə 16 sürücü arasında altıncı olub – amma şotlandiyalı sürücüyə hələ də müqavilə təklif olunmayıb.

DTM çempionatı aprelin 25-də Hokkenhaymda başlayacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*