Çempionat İdman Azərbaycan kanalında yayımlanacaq

Artıq gələn cümə günü Formula1 üzrə növbəti – 70-ci dünya çempionatına rəsmi start veriləcək.

F-1.az xatırladır ki, 21 yarışın yer aldığı təqvimdə ardıcıl 4-cü dəfə baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız aprelin 26-dan 28-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Bu il çempionat bütün dünyada daha səbirsizliklə gözlənilir. Çünki sayca 70-ci olan çempionatda tarixin 1000-ci yarışı da yer alacaq – bu əlamətdar hadisə bizim yarışdan iki həftə əvvəl Şanxayda qeyd olunacaq. Ölkəmizdəki F1 azarkeşlərini maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın hansı kanalla yayımlanması məsələsi idi.

Bu məsələyə bir qədər əvvəl aydınlıq gətirilib. Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.

Formula1 azarkeşlərini idmanın ana kanalında ana dilimizdə izləməyə dəvət edirik…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*