R.Kubitsanın qayıtması tarixini söyləmək indi mümkün deyil…

Robert Kubitsa ralli yarışında yaşadığı ciddi qəzadan sonra bərpa prosedurunu keçir, Lotus Renault GP komandasının həkimi Rikardo Çekarelli hesab edir […]

Robert Kubitsa ralli yarışında yaşadığı ciddi qəzadan sonra bərpa prosedurunu keçir, Lotus Renault GP komandasının həkimi Rikardo Çekarelli hesab edir ki, polşalı sürücünün qayıtması tarixini söyləmək indi mümküm deyil…

Rikardo Çekarelli: “Bu suala hələlik bizim cavabımız yoxdur, heç kim bilmir ki, Robert nə vaxt yarışlara qayıda biləcək. Bu gün inamla bir şeyi deyə bilərik – cərrahlar öz işlərinin öhdəsindən əla gəliblər. Robertin güclü iradəsi var, o sürətlə sağalır, amma bir gözlənilməz faktor var – insan təbiəti, biz bilmirik ki, bərpa nə dərəcədə sürətli və effektiv olacaq.

Robert bu il, gələn il, iki ildən sonra yarışlara qayıdacaq – bunu müzakirə etməyin heç bir mənası yoxdur. Mən bilmirəm. Hətta əgər Robert tam səy göstərsə belə, bərpa müəyyən qədər uzun vaxt tələb edir. Mən sehrbaz deyiləm, gələcəyə də baxa bilmərəm. Robert günbəgün yaxşılaşır, həm fiziki, həm də psixoloji cəhətdən irəliləyir. Bu məni təəccübləndirmir, biz hamımız bilirik ki, Robert nə dərəcədə güclüdür və bu, pozitiv faktordur.

Robert barmaqlarını tərpədir, biləyini oynadır – hələlik hər şey qaydasındadır, amma bundan artıq heç nə deyə bilməyəcəyik. İnfeksiya yoxdur, çətinləşmə yoxdur, heç bir əməliyyat planlaşdırılmır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*