V.Bottas: “Həmilton dostum deyil”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmiltonla yaxın dost deyil.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2017-ci ildən bəri Həmiltonla komanda yoldaşıdır və birlikdə yarışdığı üç mövsümdə britaniyalı pilotun tozunda qalıb.

Valtteri Bottas: “Yeni ili Finlandiyada qeyd etdim. Məşqlərə başlasam da, yüngül rejimdə işlədim və rallidə iştirak etdim. İndi isə məşqlərə davam edəcəm. Qış tez keçir

Lyuislə münasibətimizə gəldikdə isə bu barədə nəsə demək çətindir. Bəzən aramız dəysə də, bu, çox az hallarda olur. Birlikdə yaxşı işləsək də, yaxın dost olmadıq. Trasda şiddətli formada mübarizə aparırıq. Sağlam rəqabətimiz var və avtoidmanda dost sözü yoxdur. Necə işləyəcəyimizi bilirik. Komanda bununçün hər şəraiti yaradır. Problem yaşamırıq. Bir-birimizi bəzən səhv başa düşsək də, danışaraq həll etməyə çalışırıq. Yarış vaxtı sərt anlar olsa belə, komanda bunu həll edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*