R.Kubitsanın müalicəsi 100 min Avroya başa gəlib

İtaliya mətbuatı yazır ki, Santa Corona hospitalının rəhbərliyi Robert Kubitsanın fevral ayında uğradığı ağır qəzadan sonra hospitalda keçirdiyi müalicə üçün […]

İtaliya mətbuatı yazır ki, Santa Corona hospitalının rəhbərliyi Robert Kubitsanın fevral ayında uğradığı ağır qəzadan sonra hospitalda keçirdiyi müalicə üçün 100 min Avro tələb edib. Robert hospitalda 76 gün keçirib və üzərində dörd mürəkkəb əməliyyat aparılıb, bütün məsrəfləri sığorta şirkəti ödəyəcək.

Jurnalistlərə məlum olub ki, Kubitsa Vatikana II İohan Pavelin övliyalar sırasına qəbul olunma mərasiminə dəvət olunub. Amma sürücünün meneceri bildirib ki, polşalı sürücü mərasimə qatıla bilməyəcək, çünki bərpa prosesinin növbəti mərhələsindən əvvəl ona tam sakitlik və rahatlıq vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*