24 May 2019, Cümə - 17:25

R.Kubitsa Monte Karlo Rallisində çıxış edəcək

R.Kubitsa Monte Karlo Rallisində çıxış edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:45 - 13 Dekabr, 2010

2009-cu ildən Monte Karlo Rallisi WRC dünya çempionatının təqvimindən çıxarılıb, amma yarışın populyarlığı o qədər yüksəkdir ki, bu yarışda iştirak […]

2009-cu ildən Monte Karlo Rallisi WRC dünya çempionatının təqvimindən çıxarılıb, amma yarışın populyarlığı o qədər yüksəkdir ki, bu yarışda iştirak etmək istəyənlərin sayı ilbəil artər və təşkilatçılar çətin seçim qarşısında qalırlar – axı starta cəmi 100 ekipaj buraxılır.

2011-ci ildə ralli 19-22 yanvarda keçiriləcək və yubiley olacaq – uzaq 1911-ci ildə bütün Avropanın sürət həvəskarları o zamankı şahzadə I Alberin çağırışını qəbul edərək knyazlığa axışıblar.

Bu dəfə qələb uğrunda İRC seriyasının bütün liderləri mübarizə aparacaqlar – yarış seriyanın təqviminə daxildir, məşhur ralli ustaları Fransua Delekrua və Petter Solberq də iştirakçılar arasındadırlar. Start siyahısında digər seriyaların da tanınmış adları var.

Bir il əvvəl Robert Kubitsa bu yarışa qoşulmuşdu, amma elə yarışın əvvəlində mübarizəni dayandırmalı olmuşdu. İndi isə polşalı sürücü Renault-un sükanı araxsında yeni starta hazırlaşır. Maşının dəqiq modeli hələ müəyyən edilməyib, çox güman ki, bu Clio S1600 və ya Clio R3 olacaq.

Osella, Scuderia İtalia və Footwork-un tərkibində 75 Qran Pri keçirmiş italiyalı Aleks Kaffi də ralliyə qatılacaq. 46 yaşlı idmançı 2010-cu ildə İRC-nin ən güclü maşını olan Skoda Fabia-da yarışacaq.

Formula1-də iki qələbə qazanmış Patrik Tambenin oğlu Adrian arxada qalan mövsümdə GP3 seriyasında yarışıb, yanvarda isə Peugeot 207-nin sükanı araxsında gücünü rallidə sınayacaq. Keçmiş Formula1 sürücüsü Stefan Sarrazen də starta Peugeot 207-də çxacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər
Paylaş

logo