15 Dekabr 2019, Bazar - 08:59

Rikkardo uğursuzluğun səbəbini açıqlayıb

Rikkardo uğursuzluğun səbəbini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

16:26 - 27 Mart, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avstraliyada hər şey onun idarəetməsindən çıxıb və bərbad həftəsonu olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda qəza edərək, bolidi zədələyib. Buna görə də, 27 yaşlı sürücü bazar günü trasa çıxarkən ötürmələr qutusunda problem yaşayıb və yarışa 2 dövrə gec qoşulmalı olub. Yarışın gedişatında isə mühərrikdəki problemə görə yarışı vaxtından əvvəl bitirib.

Daniel Rikkardo
: “Bu yarışın bitməsi müsbət haldır. Uzun bir həftəsonu oldu. Məni səhv başa düşməyin. Həzz aldım, amma fanlarıma görə məyusam. Burada mənim üçün yarışa baxmağa gələn insanların olduğuna əminəm. Şənbə günündən etibarən hər şey tərs getdi. Beş yer itirdiyim bəs deyilmiş kimi, digər problemlər ortaya çıxdı. Trasa iki dövrədən sonra çıxsaq da, məlumat topladıq. Dəyərli zamanlar idi. Yanacaq təzyiqi ilə bağlı problemin olduğunu düşünürük. Mühərriyi söndürmək məcburiyyətində qaldım. Trasda qalmaq üçün çarəm yox idi.

Geridə qaldığı üçün sevincliyəm. Bu gün məyus olsam da, Çin yarışına hazır olacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 790
Teqlər , , ,
Paylaş

logo