Rəsmən: V.Petrov Renault-nun sürücüsüdür!

Bu gün Renault F1 Team komandası Valensiyada yeni maşınını nümayiş etdirməklə yanaşı, həm də ikinci sürücüsünün adını açıqlayıb – GP2 […]

Bu gün Renault F1 Team komandası Valensiyada yeni maşınını nümayiş etdirməklə yanaşı, həm də ikinci sürücüsünün adını açıqlayıb – GP2 seriyasının son vitse çempionu rusiyalı sürücü Vitaliy Petrov bu mövsüm Robert Kubitsa ilə tərəf müqabili olacaq. Bu münasibətlə komandanın mətbuat xidməti reliz yayıb…

Relizdə deyilir: “25 yaşlı sürücü Formula1-də iştirak edən ilk rusiyalı olacaq – onun debütü mart ayında Bəhreyn Qran Prisində baş tutacaq. O Renault F1 Team ailəsinə qovuşur, sürücü GP2 seriyasında uğurla çıxış edib və keçən il vitse çempion olub.

Erik Buye: “Bu gün Vitaliy üçün məxsusi gündür və biz onu komandada salamlayırıq. Biz başa düşürük ki, Vitaliy debütant kimi bu mövsüm hələ çox şey öyrənməlidir, amma o keçən il GP2 seriyasında əla nəticələr göstərirdi və bununla Formula1-ə hazır olduğunu sübut etdi. Bizə elə gəlir ki, Robertlə müqayisəli çıxışı zamanı o öz potensialını təsdiq edəcək.”

Vitaliy Petrov: “Bu mənim üçün gözlənilməz oldu və mən komandanın etibarına öz işimlə cavab verəcəm. Mən həmişə Formula1-də çıxış etməyi arzulamışam və şadam ki, belə bir güclü komandada debüt edəcəm. Mövsümün ilk yarışına hələ ayyarım var, mən komanda ilə çox vaxt keçirməyə çalışacam ki, Bəhreyn Qran Prisinə tam hazır olum.””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*