Rəsmən: Suninen Hyundai-da yarışacaq

Hyundai komandası Kreyq Brinin yerinə sürücü tapıb. Teemu Suninen mövsümün qalan yarışlarında irlandiyalı sürücünü əvəz edəcək.

F-1.az bildirir ki, Hyundai gənc sürücü proqramını yenidən başladıb. Buna görə Emil Lindholmda koreyalı istehsalmıya qoşulub.

İki ay əvvəl Kreyq Brinin ölümündən sonra Hyundai sarsılmış və bir müddət Dani Sordonu onun yerinə yarışdırmışdı. Lakin komanda dəfəlrələ demişdi ki, Brinin yerinə sürücü gətirəcəklər. Beləliklə, onlar komandaya Teemu Sunineni gətiriblər. Son WRC2 çempionu Emil Lindholm isə komandanın inkişaf proqramına qatılıb.

Qeyd edək ki, Suninen 2018-2021-ci illərdə M-Sport Ford-da yarışımış və dörd ildə iki podium qazanmışdı. O, keçən il Hyundai-ın WRC2 komandasına keçmişdi. 29 yaşlı Suninen mövsümün qalan yarışlarında Brinin yerini dolduracaq. Ancaq onun gəlişi Dani Sordonun çıxışına təsir etməyəcək. Finlandiyalı sürücü ilk rallisinə iyul ayında Estoniyada çıxacaq.

Teemu Suninen: “Bu, yüksək səviyyədə qayıtmaq üçün əla fürsətdir. Bunun üçün darıxıram. Estoniya və Finlandiyada daha əvvəl yaxşı çıxış etmişəm, ancaq Hyundai i20-ni və onun hibrid sistemini qısa müddətdə öyrənmək çətin olacaq. Hər iki rallisə də ilk döngədən etibarən qaza basmalıyıü. Buna görə hər şeyi zaman göstərəcək. Məqsədim maşını yavaş-yavaş öyrənib, komandaya yaxşı xallar qazandırmaqdır”.

Emil Lindholm: “Dünyanın ən uğurlu ralli komandalarından birinin üzvü olmaq məni həyəcanlandırır. Buraya qatılma səbəbim komandanın uğurları və idmana qazandırdıqları gənc istedadlardır. Ralliyə olan sevgiləri mənim hirsimlə üst-üstə düşür. Estoniya Rallisi başlanğıc üçün yaxşıdır. Keçmişdə həm mənim üçün, həm də komanda üçün əla ralli olub. Bu da mənə inam verir. Bu il çoxlu podium qazanmaq üçün fürsətlərimiz olacaq”.

Hyunda komandasının rəhbəri Siril Abitebul: “Hyundai Motorsport-un sürücü inkişaf proqramı boşluq doldurmaq üçün yox, Hyundai-ın gənc sürücülər arasında birdən çox seçimə sahib olmasını təmin etmək üçün strateji platformadır.

Artıq Teemu və Emil kimi həyəcanverici istedadlara sahibik. Proqramı daha da təkmilləşdirsək, onların inkişafı da sürətlənəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*