Hyundai Kreyq Brinin şərəfinə yeni rəng çaları ilə yarışacaq

Hyundai komandası Kreyq Brinin şərəfinə maşınını İrlandiya bayrağının rənglərinə boyayacaq.

F-1.az xatırladır ki, Hyundai komandasının sürücüsü Kreyq Brin keçən həftə test zamanı qəza etmiş və dünyasını dəyişmişdi. Bundan sonra koreyalı istehsalçı bildirmişdi ki, Xorvatiyada yarışacaqlar və xüsusi rəng çalarından istifadə edəcəklər.

Hyundai komandasının rəhbəri Siril Abitebul: “Ralliyə Kreyqi və onun inanılmaz istedadını şərəfləndirmək üçün qatılırıq.

Kreyq qürurlu irlandiyalı idi və İrlandiya Ralli icmasını təmsil edirdi. Buna görə də onun şərəfinə Xorvatiya Rallisində İrlandiya bayrağının rəng çalarları ilə yarışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*