Rəsmən: Niderland Qran Prisi ləğv edilib

Hər nə qədər bu günədək mətbuatda dərc olunan təqvim versiyalarında Niderlanda yer verilməsə də, Zandfort rəhbərliyi tamaşaçısız da olsa, yarış keçirməyə ümid edirdi.

F-1.az xatırladır ki, bundan əvvəl koronavirus pandemiyası üzündən mövsümün təqvimində yer alan 10 yarışdan üçü (Avstraliya, Monako, Fransa) ləğv olunmuş, daha 7 yarış isə təxirə salınmışdı. Bu gün verilən rəsmi açıqlama ilə Niderland Qran Prisi də ləğv olunmuş yarışlar siyahısına əlavə edilib və promouterlərin bütün diqqət və səylərini 2021-ci ildəki qran priyə yönəldəcəkləri bildirilib.

Yan Lammers, Niderland Qran Prisinin idman direktoru: “İlk yarışa tam hazır idik. Hələ də hazırıq. Buna da azarkeşlərin, tərəfdaş şirkətlərin və hökumətin köməyi ilə nail olmuşuq. Əvvəlcə Formula1 rəhbərliyi ilə birlikdə yarışı tamaşaçısız keçirməyi düşündük, lakin biz Formula1-in Zandforta məhz azarkeşlərin gözü önündə qayıtmasını istəyirik. Hər kəsdən bir qədər də səbirli olmalarını xahiş edirik. Mən yarışın ölkəyə qayıtmasını 35 il gözləmişəm və daha bir il də gözləyə bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*