Rəsmən: Hülkenberq Strollu əvəz edəcək

Niko Hülkenberq bu həftəsonu Eyfel yarışında Ləns Strollu əvəz edəcək.

F-1.az xatırladır ki, Ləns Stroll özünü yaxşı hiss etmədiyi üçün bugünkü sərbəst yürüşlərə çıxa bilməyib. Kanadalı sürücünün koronavirusa yoluxduğu düşünülsə də, FİA bu iddiaları təkzib edib.

Lakin daha sonra məlum olub ki, Stroll bu həftəsonu yarışa bilməyəcək. Buna görə də komanda yenidən Niko Hülkenberqin xidmətinə möhtac qalıb. Qeyd edək ki, almaniyalı sürücü daha əvvəl İngiltərə və Yubiley Qran Prilərində Peresi əvəz etmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*