H.Y.Ştuk: Hülkenberq Haas-ı daşıyır

Sabiq Formula1 pilotu Hans Yoaxim Ştuk düşünür ki, Hülkenberq hazırda Haas-ı arxası ilə aparır.

F-1.az xatırladır ki, almaniyalı pilot ilk 3 yarışa onluqda başlayıb və Avstraliyada komandasına 4 xal qazandırıb.

Hans Yoahim Ştuk: “Haas-ın Niko Hülkenberqi alması lotoreyadan pul qazanmağa bərabərdir. Gözlədiyim kimi performans göstərir. Onun potensialına bələdəm. Niko işinə fokuslanıb, nəticə qazana biləcək sürücüdür. Sürməyi unutmayıb və Formula1-də yarışmalıdır.

Mik Şumaxer olsa, Niko kimi performans göstərərdi? Bilmirəm. Niko komanda üçün çox dəyərlidir. Bolidin necə olduğunu bilir və təcrübəsi ilə komandanın inkişafına kömək edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*