Rəsmən: Fernando Alonso McLaren-dən ayrılıb

Fernando Alonso və McLaren rəsmən yollarını ayırıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci ildə Britaniya komandasına transfer olunmuş və 2018-ci ilə qədər burada çıxış etmişdi. Keçən ildən bəri isə McLaren-in elçisi olaraq işləməyə başlamışdı. Bundan başqa 2019-cu ildə Pirelli testlərinə qatılaraq, komandasına lazımi məlumatlar vermişdi.

Alonsonun elçilik müqaviləsi keçən ilin sonunda bitmişdi, amma McLaren 2020-ci il üçün müqavilə yeniləməyəcəklərini bəyan ediblər. Formula1-in ən titullu ikinci komandası Karlos Sayns və Lando Norris cütündən razı olduqlarını və uzun illər onlarla yarışmaq istədiklərini bildiriblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*