20 İyun 2019, Cümə axşamı - 11:47

Renault yenilənmiş aerodinamikanı nümayiş etdirəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:47 - 08 İyul, 2009

Renault komandası qarşıdakı uik-end öz maşının yenilənmiş aerodinamikasını nümayiş etdirəcək. Pət Simonds jurnalistlərə bildirib ki, komandanın mövsümün ikinci yarısında vəzifəsi […]

Renault komandası qarşıdakı uik-end öz maşının yenilənmiş aerodinamikasını nümayiş etdirəcək. Pət Simonds jurnalistlərə bildirib ki, komandanın mövsümün ikinci yarısında vəzifəsi keçən il olduğu kimi inkişaf etməkdir, yəni Renault sürətinə görə çempionatın üçüncü maşını olmalıdır…

Pət Simonds: “Biz hər bir yarışa yeniliklər hazırlayırıq, Nürburqrinqdə isə növbəti yenilikləri nümayiş etdirəcəyik, buraya yeni təkər qapaqları, motorun üst qapağının yeni versiyası və ön antiqanad da daxildir, komanda Silverstounda bu element üzərində işləyirdi.

Aerodinamika – həlledici faktordur, bu sahədə inkişaf sürəti ən çox artırır, amma çox şey kompleks qərarların effektliyindən asılıdır, ona görə də biz maşının effektliyini müxtəlif xarakterli döngələrdə artırmaq istəyirdik.

Çempionatda vəziyyət keçənilki kimidir. O zaman biz çempionatın üçüncü sürətli maşınını qura bildik, indi isə orta qrupda vəziyyət daha gərgindir və bizim inkişafımız daha məhduddur, amma məqsədimiz eyni olaraq qalır. “


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 178
Teqlər
Paylaş

logo