F.Vassyör: “Keçənilki bolidlə gecikmişdik”

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, bu il daha güclü olacaqlar.

F-1.az xatırladır ki, isveçrəlilər son iki ildə cəmi 7 xal toplaya biliblər. Son iki mövsümdə 10-cu olan Sauber komandası Alfa Romeo ilə müqavilə bağladıqdan sonra gələcəyə ümidlə baxır.

Frederik Vassyör: “Keçən il bizim üçün çətin keçdi. Bolidin zəif yönlərindən başqa 2016-cı ildən qalma problemlərlə məşğul olduq. 2017-ci il bolidinin hazırlıqlarına gec başlamışdılar. Rəqiblərimizə nisbətən proqramda 6 ay geridə qalırdıq və mövsümü daha yaxşı yerdə bitirmək mümkünsüz idi. Bundan başqa Ferrari-nin 2016-cı il mühərriyini istifadə etmək bizi geriyə saldı. Rəqiblərimiz yeniliklər edərkən biz yerimizdə sayırdıq. İndi daha yeni və gözəl layihəmiz var. Hər şey planlaşdırdığımız kimi gedir. Şarl Lekler komandaya çox şey qatacaq. Güclü bolid düzəltmək üçün əlimizdən gələni edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*