Vassyör: Çox sayda problem var və xeyli səhv edirik

Ferrari Macarıstan Qran Prisinin favoriti hesab edilirdi - cümə günü qırmızı maşınlar çox sürətli idilər, lakin nəticədə rəqiblər daha güclü çıxdılar. Komandanın rəhbəri həftəsonuya yekun vurub...

Frederik Vassyör: “Yarış tempimizi tam şəkildə qiymətləndirmək çətindir – əsas məsələ açıq trasda, yoxsa digər maşınların sıx olduğu şəraitdə sürməyinizdir.

Bu həftəsonu maşınımızın təmiz tempi Spa və Silverstoundakından yüksək idi. Birinci sərbəst məşqdə lider idik, ikinci məşqdə də qabaqda idik. Lyuislə poul uğrunda mübarizə apara bildik – poulu cüzi fərqlə əldən verdik.

Cümə günü birinci və ikinci nəticələri göstərdikdən sonra yarışda dördüncü və beşinci yeri gözləməzsiniz. Biz startdan, cərimədən və Maksın trasda bizi qabaqlamasından başlayaraq çox səhvlərə yol verdik. Hər pit-stopda 0.2-0.3 saniyə itirirdik.

Yarışda icra pis idi. Əgər bizdə ilk sıradan yaxşı start olsaydı, yarış tamamilə fərqli alınardı və uğursuzluğun səbəbi tempdən çox, icradadır.

Biz Ferstappenı “undercut” taktikasından istifadə edərək qabaqlamaqla düzgün hərəkət etdik, amma sonra yenidən trasda mövqeyimizi itirdik. Yarışın sonunda hər iki maşını Soft tərkibə keçirdik, çünki Lyuisdə köhnəlmiş Hard komplekti vardı və o, hücumlara qarşı müdafiəsiz idi.

Əgər müsbət tərəfi qeyd etmək lazımdırsa, Mercedes-lə aramızdakı fərqi bir qədər azaltdıq. İndi isə mövsümün ikinci yarısına daha güclü qayıtmaq üçün enerjimizi yenidən toplamağın vaxtıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*