27 İyun 2019, Cümə axşamı - 00:28

Renault və Sauber təqdimata hazırlaşırlar

Renault və Sauber təqdimata hazırlaşırlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:27 - 31 Yanvar, 2010

Sabah çempionatın iki komandası yeni maşınını təqdim etməyə hazırlaşır – qış testlərinə bir gün qalmış Valensiyada jurnalistlər Renault və Sauber […]

Sabah çempionatın iki komandası yeni maşınını təqdim etməyə hazırlaşır – qış testlərinə bir gün qalmış Valensiyada jurnalistlər Renault və Sauber komandalarının yeni maşınlarını görəcəklər.

Sauber komandasının təqdimat mərasimi yerli vaxtla saat 14:30-da avtodromda fotosessiya ilə başlayacaq, yarım saatdan sonra jurnalistlər Peter Zauberlə, texniki direktor Villi Rampfla və sürücülərlə görüşəcəklər. Jurnalistlərin cəmi bir saat vaxtı olacaq, çünki daha sonra Renault-nun tədbiri başlayacaq.

Yerli vaxtla saat 16:30-da jurnalistlər yeni R30-u görəcəklər, yarımsaatlıq fotosessiyadan sonra komandanın əsas səhmdarı, Genii Capital Sərmayə fondunun başçısı Jerar Lopes, komandanın başçısı Erik Buye, texniki direktor Bob Bell jurnalistlərin suallarına cavab verəcəklər, mərasimdə həm də komandanın ikinci sürücüsü elan olunacaq.

Fevralın 1-də isə hər iki komanda trasa çıxacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 220
Teqlər
Paylaş

logo