Formula1 L.Həmiltonu əvvəlki kimi sevindirmir

Bu gün Steinmetz zərgərlik şirkətinin və McLaren komandasının birgə təqdimat mərasimində Lyuis Həmilton Monako QRan Prisində çıxış edəcəyi və brilyantlarla […]

Bu gün Steinmetz zərgərlik şirkətinin və McLaren komandasının birgə təqdimat mərasimində Lyuis Həmilton Monako QRan Prisində çıxış edəcəyi və brilyantlarla bəzədilmiş şlemi nümayiş etdirib. MCLaren-in Uokinqdəki Texnoloji Mərkəzində təşkil olunmuş mərasimdə iştirak edən jurnalistlər qeyd ediblər ki, dünya çempionu dincəlmiş və enerjili görsənib, həmişəki kimi ürəkdən gülürmüş, amma bununla belə bəzən öz əhval-ruhiyyəsini gizlətmirmiş. Londonda dərc olunan The Times qəzeti yazıb ki, Monako yarışının keçənilki qalibi etiraf edib ki, bu dəfə ilk onluqda finişə çatması onun üçün fantastik nəticə ola bilər…

Lyuis Həmilton: “Sözsüz ki, səhərlər yuxudan duranda əhvalım yaxşı olmur, çünki “yarışda qələbə qazana bilməyəcəm” fikirləri ilə yuxudan dururam, hətta çox çalışsam belə, hətta komanda və mən ideal işləsək belə bu qələbə qazanmaq mümkün deyil. Bunu qəbul etmək çox çətindir, amma bu faktdır və bu faktla barışmalıyam.

Nə vaxtsa mətbuatla danışmaq və müsahibələr vermək mənə ləzzət verirdi, amma indi hər şey dəyişib. Mən özümü maşında daha yaxşı hiss edirəm: şlemi geyinəndən sonra bu dünyanı tərk edirəm, artıq məni heç bir problem narahat etmir. Yalnız diqqətli olmağa və McLaren-i trasda saxlamağa çalışıram. Əlbəttə, bir müddət keçəcək və Formula1 yenə də məni əvvəlki kimi sevindirəcək. Amm indi yox…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*