Renault maşınların rəngini dəyişəcək?

Şayiələr gəzir ki, mövsümün son iki yarışında Renault komandası maşınlarını ənənəvi rənglərə – sarı-qara rənglərə boyaya bilər… Nelsinyo Pikenin keçənilki […]

Şayiələr gəzir ki, mövsümün son iki yarışında Renault komandası maşınlarını ənənəvi rənglərə – sarı-qara rənglərə boyaya bilər…

Nelsinyo Pikenin keçənilki Sinqapura yarışındakı qəzasından sonra komandanın cərimə edilməsi İNG şirkətinin müqaviləni vaxtından əvvəl pozması ilə nəticələndi – titul sponsorun komandanı tərk etməsi ilə şirkətin rəngləri də – göy və narıncı rənglər silinə bilər.

Sinqapurda icraçı direktor Jan Fransua Kobe jurnalistlərə bildirib ki, komanda Renault-nun mədəniyyətinə və dəyərlərinə qyaıtmalıdır, bəlkə də bu yolda birinci addım maşınalrın rənglənməsi olacaq…