Formula1-də təkər reqlamentinin dəyişməsi gözlənilir

Dünən gecə F1 Komissiyası çempionatın gələcəyini təyin edəcək bəzi yenilikləri müzakirə edib.

F-1.az xəbər verir ki, deyilənlərə görə, artıq 2023-cü ildən qüvvəyə minəcək bəzi dəyişikliklər təsdiq olunub.

Hələ rəsmən heç nə elan olunmasa da, mətbuata bəzi məlumatlar sızıb. Belə ki, gələn ildən hər yarışda sürücülərin ixtiyarında olan təkər dəstlərinin sayı 13-dən 11-ə endiriləcək: yəni 3 dəst Hard, 3 dəst Medium və 5 dəst Soft (hazırda 2+3+8).

Ən maraqlısı odur ki, sıralanma turunun 1-ci seqmentində Hard, 2-ci seqmentində Medium, 3-cü seqmentində isə Soft təkərlərdən istifadə məcburi olacaq.

Deyilənlərə görə, bu ilin sonunda iki yarışda yeni format test ediləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*