Renault hava kanalının üzərində işini davam etdirir

Mövsümün əvvəlində McLaren mühəndislərinin gazırladıqları arxa antiqanadın effektliyini dəyişən hava kanalını digər komandalar da tətbiq etməyə başlayıblar. Belə bir sistemi […]

Mövsümün əvvəlində McLaren mühəndislərinin gazırladıqları arxa antiqanadın effektliyini dəyişən hava kanalını digər komandalar da tətbiq etməyə başlayıblar. Belə bir sistemi artıq Ferrari, Mercedes GP, Sauber və Force İndia komandalarının maşınlarında görmək olar. Red Bull mühəndisləri testləri başa vurmaqdadırlar, tezliklə idarə olunan aerodinamika Renault maşınlarında da peyda olacaq.

Komandanın başçısı hələ aprel ayında belə bir sistem üzərində işin getdiyini təsdiq etmişdi, bu həftə isə Fransada dərc olunan Auto Hebdo-ya müsahibəsində Erik Buye bildirib ki, yaxın yarışlarda komanda yeniliyi tətbiq etmək fikrindədir…

Erik Buye: “Tezliklə biz hava kanalının son testlərini keçirəcəyik, biz bu sistemi maşınlara tətbiq etmək istəyirik, amma yarışlara bu sistemlə çıxmazdan əvvəl yeniliyin effektliyinə 100% əmin olmaq lazımdır.”

Bundan sonra yalnız Toro Rosso və çempionatın üç yeni komandası hava kanalından istifadə etməyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*