Red Bull və Renault eyni KERS-dən istifadə edəcəklər

Renault və Red Bull Racing komandaları təsdiq ediblər ki, bu il onlar eyni KERS-dən istifadə edəcəklər. Əvvəlcə Red Bull belə […]

Renault və Red Bull Racing komandaları təsdiq ediblər ki, bu il onlar eyni KERS-dən istifadə edəcəklər. Əvvəlcə Red Bull belə bir sistemi müstəqil hazırlamağı planlaşdırmışdı, amma komanda ciddi çətinliklərlə qarşılaşıb. Keçən yay komandanın Milton-Kinsdəki zavodunda hətta yanğın da baş vermişdi, yanğına səbəb isə KERS-də istifadə olunacaq batareyaların qızması olmuşdu. Bundan sonra komanda planalrını dəyişib və KERS sistemini də Renault motorları ilə birlikdə almağa qərar verib…

Kristiab Horner: “Biz Renault-nun keçirdiyi ilk yoxlamaların yekununu gözləyirik və sonra eyni bir sistemlə özümüz müstəqil işləyəcəyik.”

Amma Renault əvvəlki kimi KERS sisteminə skeptik yanaşır, komanda hesab edir ki, belə bir sistemin tətbiqi yarışları baxımlı etməyəcək: “Əgər bütün komandalar bu sistemdən istifadə edəcəksə, onlar bunu eyni qaydada, trasın eyni sahəsində edəcəklər, ona görə də heç kim üstünlük qazanmayacaq. Digər tərəfdən, kimin KERS-i olmayacaqsa, bu ciddi çatışmazlıq olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*