Red Bull-un mexanikləri təkərləri iki saniyəyə dəyişirlər

Yanacaqdoldurmaya qadağadan sonra pit-stopun müddəti yalnız təkərlərin dəyişdirilməsi ilə ölçülür. Bu saniyələr yarışın gedişində vacib rol oynaya bilər və mövsümün […]

Yanacaqdoldurmaya qadağadan sonra pit-stopun müddəti yalnız təkərlərin dəyişdirilməsi ilə ölçülür. Bu saniyələr yarışın gedişində vacib rol oynaya bilər və mövsümün startından əvvəl komandalar mexaniklər üçün xüsusi məşqlər keçiblər.

Red Bull komandasının əməkdaşları Berkşirdə Bisham Abbey olimpiya idman mərkəzində pit-stop prosedurlarını məşq ediblər. Məşqlər komandaya yarım milyon funta başa gəlib və Mirror qəzetinə müsahibəsində komandanın başçısı Kristian Horner bildirib ki, xərclənmiş vəsaitı heyifslənmir…

Kristian Horner: “Yanacaqdoldurmaya qadağanı nəzrə alsaq, biz bəzi dəyişikliklər etmişik, ən yaxşı mexanikləri seçmişik və bu uşaqlar bütün qışı gərgin işləyiblər. Məşqlər oktyabrdan başlayaraq hər gün 4 saat davam edib. Onlar hamısı arıqlayıblar və işə əla hazırdırlar – nəticədə pit-stop iki saniyədən az vaxt çəkir. onlar həmişə sürətlə işləyiblər, amma bu dəfə biz məsələyə elmlə yanaşmışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*