Red Bull komandası təqdimat tarixini açıqlayıb

Red Bull komandası axır ki, təqdimat tarixini açıqlayıb

F-1.az bildirir ki, Red Bull komandası Williams və Haas ilə birgə təqdimat tarixini açıqlamayan üç komandadan biri idi. Keçən il Maks Ferstappenlə Sürücülər Çempionatını qazanan Avstriya təmsilçisi axır ki, yeni bolidinin təqdima t tarixini açıqlayıb. Onlar RB18 adını verdikləri maşını fevralın 9-da təqdim edəcəklər. Beləliklə, ”qırmızı öküzlər” bolidlərini təqdim edən ilk komanda olancaq.

Red Bull komandası ön çarpma testlərini ikinci cəhddə keçdiyi üçün təqdimat tarixini gec açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*