Red Bull Şumaxerlə maraqlanmayıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mik Şumaxerlə heç vaxt maraqlanmayıb.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Mixael Şumaxerin oğlu bu il Red Bull sürücü akademiyasının yetirməsi olan Den Tiktumu məğlub edərək Formula3 çempionatında Dünya Çempionu olub.

Helmut Marko: “O heç vaxt bizim diqqətimizdə olmayıb. Ona yetərincə maraq var və buna görə heç vaxt danışıqlar aparmamışıq.

Mik əla idi. Amma F3-ü çox izləmədim. Makaonu yaxından izlədim. Hər şey normal idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*