H.Marko Tsunodaya təriflər yağdırıb

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Yuki Tsunoda gələcəkdə idmanın ulduzu olacaq.

F-1.az xatırladır ki, yaponiyalı sürücü mövsümün ilk yarışı olan Bəhreyndə yaxşı performans göstərərək, 9-cu olmuşdu.

Helmut Marko: “Tsunoda tezliklə idmanın ulduzu olacaq. Ağıllıdır və yaşına görə çox yetişkindir. 20 yaşlı bu oğlanın zarafatları da gülməlidir. Hamı onu çox sevir. Onu Avropaya gətirdik. Əvvəl Formula3-də, sonra Formula2-də yarışdı. Tsunoda keçən il F2-də rahatlıqla çempion ola bilərdi.

159 sm boyu, 61 kiloqram çəkisi var. Buna görə də bütün mühəndirslər onunla işləməyi sevirlər. Əsas problemi pedallardır. Pedalları önə gətirmək lazımdır. Simulyator oturacağını isə hələ ona uyğunlaşdıra bilməmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*