M.Şumaxer təhlükəsizlik maşınından narazıdır

Haas komandasının sürücüsü Mik Şumaxer bildirib ki, təhlükəsizlik maşını yarışlarınə məhv edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü ikiyarışlıq xal seriyasından sonra yenidən onluqdan kənarda qalıb.

Mik Şumaxer: “Medium təkərlə çətin start aldıq. İstədiyimiz kimi olmadı. Çətinlik çəkdiyimiz üçün pitə tez gəldik, amma trasa təhlükəsizlik maşını çıxdı. Buna görə də hamı asanlıqla pitə girib-çıxdı. Burada pit yolu uzundur və fərq böyük olur. Buna görə də çox geri qaldıq. Daha sonra Çjou ilə təmas yaşandı. Ümid edirəm ki, Budapeştdə yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*