M.Şumaxer: Əlimdən gələni etdim

Haas komandasının sabiq sürücüsü Mik Şumaxer düşünür ki, əlindən gələn hər şeyi edib.

F-1.az xatırladır ki, Haas komandası almaniyalı sürücünün performansından narazı qalmış və onu göndərərək, yenidə Hülkenberqi gətirmişdi.

Mik Şumaxer: “Hass-da yaxşı performans göstətdim. Onların seçiminə hörmət edirəm. Son iki ildə enişli-yoxuşlu performans göstərdik. Lakin əsas odur ki, inkişaf etdik. Bu mənim Formula1-dəki ikinci mövsümüm idi.

2021-ci ili debüt ili kimi qəbul etmək nə qədər doğrudur bilmirəm, çünki çox geridə qalırdıq. Bu il isə orta qrupda sürməyi və rəqiblərlə mübarizə aparmağı öyrənməli idim. Mövsüm ərzində bunu bacardım. Orada yarışdığım müddətdə əlimdən gələni etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*