Red Bull-a sıralanma turunda DRS kömək edir?

İki ildir ekspertlər Red Bull maşınlarının sıralanma turunda üstünlüyünü izah etməyə çalışırlar. Keçən il diffuzorun effektliyini artıran motorun xüsusi iş […]

İki ildir ekspertlər Red Bull maşınlarının sıralanma turunda üstünlüyünü izah etməyə çalışırlar. Keçən il diffuzorun effektliyini artıran motorun xüsusi iş rejimindən, həddən artıq əyilən ön antiqanaddan danışırdılar, indi isə bu faktorlara arxa antiqanadın hərəkətli elementi və ya maşının havaya qarşı müqavimətini azaldan DRS sistemi də əlavə olunub.

Sıralanma turununda DRS trasın istənilən yerində, yarış zamanı isə yalnız FİA-nın müəyyən etdiyi ötmə zonasında istifadə oluna bilər. Britaniyalı ekspert Ceyms Allen hesab edir ki, bu sahədə də Ədrian Nyui üstünlük qazana bilib.

Allen yazır ki, Red Bull komandası McLaren-dən fərqli sxem seçib. RB7 effektiv aerodinamika sayəsində havaya daha çox müqavimət göstərir, amma DRS aktivləşən kimi bu müqavimət kəskin azalır, ona görə də sıralanma turunda maşın kəskin üstünlük qazanır.

Yarış zamanı McLaren maşınları daha sürətli olurlar, çünki onların havaya müqaviməti sistemsiz də azdır.

Ən effektiv DRS sistemini isə Mercedes GP komandasının mühəndisləri hazırlayıblar, sistem ötmə zonasında 20 km/saat sürət fərqi yaradır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*