Rəsmən: Williams komandası Latifi ilə müqaviləni elan edib

Williams komandası gələn il üçün Nikolas Latifini transfer etdiyini rəsmən bildirib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası bu il Corc Rassel və Robert Kubitsa cütlüyü ilə yarışıb. Lakin Kubitsa gözlənilən performansı göstərə bilmədiyi üçün Williams onunla yolları ayırmaq qərarına gəlmişdi. Ancaq polşalı sürücünü kimin əvəzləyəcəyi hələ də məlum deyildi.

Williams komandası axır ki, gözlənilən açıqlamanı bu gün edərək, Nikolas Latifini transfer etdiyini bildirib. Qeyd edək ki, kanadalı sürücü 2014-cü ildən bəri Formula2-də çıxış edir və bu mövsüm ikinci yerdədir. Bundan başqa Latifi hazırda Williams-ın test sürücüsüdür və bir neçə dəfə sərbəst yürüşlərdə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*