Nikolas Latifi: Bu həftəsonunu ömrümboyu xatırlayacağam

Ötən il komanda mənim müqaviləmi təsdiqləyəndə Melburn çox uzaqda görünürdü. İndi isə biz bu yarışa hazırlaşırıq və həyəcan hər gün artır.

F-1.az xatırladır ki, builki mövsümün yeganə debütantı kanadalı Nikolas Latifi karyerasında ilk yarışına hazırlaşır.

Nikolas Latifi: “Mən Avstraliya Qran Prisi haqqında çox yaxşı sözlər eşitmişəm. Lakin bu tras mənim indiyə qədər olmadığım traslardan biridir. Mən səbirsizliklə bu mərhələni gözləyirəm. Əminəm ki, bu həftəsonunu ömrümboyu xatırlayacağam”.