R.Dennisi sürücülük hüququndan mərhum ediblər

McLaren Group-un başçısı Ron Dennisi altı aylıq müddətə avtomobili idarəetmə hüqundan mərhum ediblər – bu barədə Autosport xəbər verib. Uokinqin […]

McLaren Group-un başçısı Ron Dennisi altı aylıq müddətə avtomobili idarəetmə hüqundan mərhum ediblər – bu barədə Autosport xəbər verib.

Uokinqin Magistrat Məhkəməsi Dennisi kiçik Bəqşot şəhərciyində işıqforun qırmızı işığına məhəl qoymamaqda günahkar hesab edib. Bu hadisə keçən ilin sentyabrında baş verib və McLaren komadasının keçmiş sürücüsü qanun pozuntusuna görə 3 bal cərimə olunmuşdu. Əvvəlki pozuntulara görə 9 bal toplandığı üçün Britaniyanın qanunvericiliyinə əsasən Ron altı ay sükan arxasında otura bilməyəcək.

Surrey qraflığının yerli qəzeti yazıb ki, məhkəmədə Dennis özünü müdafiə etməyə çalışıb…

Ron Dennis: “Həmin yolda məni dostum maşınla arxadan müşaiyət edirdi və mənə çox yaxın hərəkət edirdi, əgər mən qırmızı işıqda dayansaydım, dostum arxadan mənə çırpılardır. Ona dörə də mən belə qərar qəbul elədim.

İndi də bu qərarıma görə məhkəmədəyəm, amma bir də təkrar edirəm: məni sürücülük hüququmdan mərhum etəmyin. Şəxsən mənə heç nə olmayacaq, amma uik-end zaman qızıma baş çəkə bilməyəcəm, bu isə böyük problemdir.”

Amma arqumentlərin xeyri olmayıb, Dennis 350 funt cərimə olunub və üstəlik məhkəmə xərclərini də ödəməli olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*