M.Şumaher: “Mən çox məyus oldum…”

Cenevrədə mətbuat konfransında Mixael Şumaher təsdiq edib ki, o Avropa Qran Prisinin startına çıxa bilməyəcəyi üçün çox məyus olub… Mixael […]

Cenevrədə mətbuat konfransında Mixael Şumaher təsdiq edib ki, o Avropa Qran Prisinin startına çıxa bilməyəcəyi üçün çox məyus olub…

Mixael Şumaher: “Məsələ ondadır ki, mən çox məyus olmuşam, çünki məşğul olmaq istədiyim işlə məşçğul ola bilməyəcəm. İndi mən yalnız bunu düşünürəm və mən bunu bir təhər unutmalıyam.

Təsəvvür edin ki, mən necə məyus olmuşam: gözləmədiyim məqamlar üzə çıxıb, mən heç bu xəbərlərlə hazır deyildim. Mənim komandaya kömək etmək imkanım var idi, biz çox ciddi məşq edirdik, gücümüz çatan hər şeyi edirdik, amma lap əvvəldən həm mən, həm də Ferrari qəti əmin idik ki, mən yalnız tam 100% inamlı olduğum işə girişəcəm. Heyif ki, mən bu işi yerinə yetirə blmədim.”

Şumaher, həmçinin, Ferrari-nin test sürücüsü Luka Badoyerə qarşıdakı yarışda uğurlar arzulayıb…

Mixael Şumaher: “Luka mənim yaxın dostumdur. Bütün illər ərzində o ciddi məşq edib, çünki bu onun işidir – nəsə olsa, o hazır olmalıdır…Felipenin qəzasından sonra o daha ciddi məşqlərə keçib. Məncə, Luka ən yaxşı seçimdir. Düzdür, o çoxdan starta çıxmırdı, amma idmançı heç bir vaxt mübariz idman ruhunu itirmir və mən ona bu çətin işində uğurlar arzu edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*