Ferrari Wrooom-2011-in açılışı təxirə salınır

Bu gün Madonna di Kampilyo kurortunda 21-ci ənənəvi Wrooom tədbiri başlayacaq: tədbirdə Marlboro brendinin dəstəyi ilə jurnalistlər iki komandanın – […]

Bu gün Madonna di Kampilyo kurortunda 21-ci ənənəvi Wrooom tədbiri başlayacaq: tədbirdə Marlboro brendinin dəstəyi ilə jurnalistlər iki komandanın – Scuderia Ferrari Marlboro və Marlboro Ducati komandalarının rəhbərliyi və sürücüləri ilə görüşmək imkanı əldə edirlər.

Tədbirin təntənəli açılışı yerli vaxtla saat 17:30-a təyin olunub, amma hava şəraiti üzündən təxirə salınacaq. Tezliklə jurnalistlər Ferrari-nin yeni loqotipini sürücülərin kombinezonlarında və Santander-in loqotipini papaqlarında görəcəklər.

Sabah tezdən jurnalistlər komandanın başçısı Stefano Domenikali ilə görüşəcəklər, cümə axşamı Fernando Alonso və Felipe Massa jurnalistlərin suallarına cavab verəcəklər, cümə günü isə donmuş Trentino gölünün üzərində kartinq və Fiat 500 Abarth sükanı araxsında yarışlar keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*