R.Dennis avtoidmanın Şöhrət Zalına üzv olub

Dünən axşam Londonda milli Motorsport jurnalı avtoidmanın tanınmış şəxsiyyətlərinin təltif olunması mərasimini keçirib. Jurnalın redaksiyası virtual Şöhrət Zalı təsis edib […]

Dünən axşam Londonda milli Motorsport jurnalı avtoidmanın tanınmış şəxsiyyətlərinin təltif olunması mərasimini keçirib. Jurnalın redaksiyası virtual Şöhrət Zalı təsis edib və bu zalın ilk üzvləri McLaren Group-un başçısı Ron Dennis, sürücülər Toni Bruks və Jaki İks və 1978-ci ilin dünya çempionu Mario Andretti seçiliblər.

Mərasimdə dördqat vitse çempion ser Stirlinq Moss və üçqat dünya çempionu ser Ceki Stüart iştirak ediblər. Dennisə mükafatı TAG Heuer şirkətinin icraçı direktoru Antuan Pən və əfsanəvi Pink Floyd qrupunun iştirakçısı Nik Məyson təqdim ediblər.

Ron Dennis: “Adətən məndən soruşurlar ki, avtoidmanda uzun karyeramın ən başlıca nailiyyəti nə olub? Elə alınıb ki, mən Formula1-də 1966-cı ildə Cooper komandasında işə başlamışam, elə həmin ili McLaren komandası ilk Qran Prisini keçirib. Heç də hamı bilmir ki, həmin ildən bu günə kimi çempionatı yüzlərlə komanda tərk edib, həmin ilin iştirakçılarından isə yalnız McLaren və Ferrari qalıblar. Məncə, bu mənim fəxr etdiyim nailiyyətlərdən biridir.

Bütün bu illər komandanın qazandıqları uğurlarla da fəxr edirəm, amma bu bizim bütün McLaren-in fəxridir. Biz 665 Qran Pridə iştirak etmişik və 164 qələbə qazanmışıq – bu 25% deməkdir, bizim sürücülər 352 dəfə podiuma qalxıblar – bu isə 53%-dir.

Amma bəlkə də başqa bir şey daha vacibdir: Formula1-ə verdiyim bütün bu 44 ildə mən bizim idmanın daha yaxşı və maraqlı olmasına çalışmışam. Motosport jurnalının təsis etdiyi Şöhrət Zalına seçilmək mənim üçün böyük şərəfdir. Mən əminəm ki, bizim idmanı keçmişindən də şərəfli gələcək gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*