11 Dekabr 2018, Çərşənbə axşamı - 02:51

R.Brənsonun vəd etdiyi uçuş təxirə salınacaq?

R.Brənsonun vəd etdiyi uçuş təxirə salınacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:47 - 13 Yanvar, 2011

Biz artıq yazmışdıq ki, fevralın 21-də Riçard Brənson AirAsia aviaşirkətinin reyslərindən birində bort bələdçisi vəzifəsini icra edəcək. Xatırladaq ki, bir […]

Biz artıq yazmışdıq ki, fevralın 21-də Riçard Brənson AirAsia aviaşirkətinin reyslərindən birində bort bələdçisi vəzifəsini icra edəcək. Xatırladaq ki, bir ilə əvvəl Virgin Group-un başçısı AirAsia-nın başçısı Toni Fernandeslə mərc gəlmişdi – yeni komandaların mini çempionatında uduzan komandanın sahibi rəqibin aviaşirkətində stüardessa rolunda çıxış edəcək. Payızda Lotus komandası Virgin komandasını qabaqladığı üçün Brənson centlmen razılaşmasını yerinə yetirməli idi.

Milad bayramından əvvəl Fernandes elan etmişdi ki, Brənson AirAsia-nın uniformasını fevralın 21-də London-Kuala Lumpur reysində geyinəcək.

Amma bu gün Team Lotus-un başçısı Twitter-dəki mikrobloqunda belə bir xəbər yerləşdirib: “Riçard Brənsonun uçuşu barədə yeni xəbər. Çox güman ki, uçuş təxirə saınacaq, çünki Riçard xizəkdən yıxılaraq ayağını sındırıb. Ona bu gün zəng edəcəm. Ona görə də uçuşun rəsmi təsdiqi hələ gözlənilmir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 136
Teqlər
Paylaş

logo