R.Braun Mixael barədə

Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, Formula1 fantastik mövsüm gözləyir, bunun üçün əla şərait var. Keçən il Rossun […]

Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, Formula1 fantastik mövsüm gözləyir, bunun üçün əla şərait var. Keçən il Rossun başçılıq etdiyi Brawn GP komandası Mühəndislər Kubokunu qazanmışdı, komandanın sürücüsü Censon Batton isə dünya çempionu olmuşdu. İndi təkcə komandanın statusu (Mercedes-Benz şirkətinin zavod komandası) və adı deyil, həm də heyəti tam dəyişib – komandanın maşınlarını yeddiqat dünya çempionu Mixael Şumaher və Niko Rosberq sürəcəklər…

Ross Braun: “Çox güman ki, bizi son onilliyin ən maraqlı mövsümü gözləyir. Bir çox sürücülər yeni komandalara keçiblər, komandaların özləri dəyişiblər, biz yenidən doğulmuşuq – Mercedes GP olmuşuq, bizi çox maraqlı çempionat gözləyir.

Bəzi komandaalrın daxilində gərgin mübarizə olacaq. Ferrari-də Fernando Alonso və Felipe Massa, McLaren-də Censon Batton və Lyuis Həmilton qarşıdurmaları diqqət mərkəzində olacaq. Bizim komandada da iki yeni sürücü var: Mixael qayıdır, bu isə ümumilikdə bizim idman üçün yaxşıdır. Biz ona böyük ümidlər bağlamaq istəmirik, amma o Formula1-də dahi şəxsiyyətdir və onun nailiyyətləri danılmazdır.

Əgər biz Mixaelə yaxşı maşın verə bilsək, bu isə çox vacibdir, onda o öz uğurunu təkrar edə bilər. O Brəklidə uzun müddət mühəndislərlə bir yerdə olub, testlərdə topladığımız məlumatları onlarla təhlil edib. Bizim işimizdə mühəndislə sürücünün qarşılıqlı əlaqəsi və dialoqu çox vacibdir. Şumaher bütün məsələlərə sakit və obyektiv yanaşır, mühəndislərin bu xoşuna gəlib…

Niko Rosberqə gəlincə, onun çoxdan güclü rəqibi olmayıb. Məncə, Mixaellə iş onun xeyrinə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*