27 İyun 2019, Cümə axşamı - 00:15

R.Barrikello Williams-ın formasını geyinib

R.Barrikello Williams-ın formasını geyinib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:02 - 18 Yanvar, 2010

2009-cu il başa çatıb və komandalarını dəyişmiş sürücülər formal olaraq yeni komandalarında işə başlamaq hüququ əldə ediblər. Hərçənd, məlum olduğu […]

2009-cu il başa çatıb və komandalarını dəyişmiş sürücülər formal olaraq yeni komandalarında işə başlamaq hüququ əldə ediblər. Hərçənd, məlum olduğu kimi bu günlərdə sürücülər planetimizin müxtəlif guşələrində dincəlirlər, amma internetdə onların bəzilərinin yeni komandalarının formalarında şəkilləri dərc olunur.

Rubens Barrikello çox güman ki, Censon Battondan geri qalmamağa çalışır, braziliyalı sürücünün keçmiş komanda yoldaşı McLaren-in bazasında yeni formada çəkdirdiyi şəklini internetdə yaydıqdan bir neçə gün sonra Rubens də Twitter-də öz bloqunda Williams-ın formasında çəkdirdiyi ilk çəklini dərc edib. Yeri gəlmişkən, Rubens bloqunda Disneylənddə bu yaxınlarda dincələrkən çəkdirdiyi ailəvi şəkillərini də yerləşdirib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər
Paylaş

logo