R.Braun: “Rosberq çempionluğa layiqdir”

F-1.az xatırladır ki, Niko Rosberq 2010-cu ildən 2013-cü ilə qədər Ross Braunun rəhbərliyi altında işləmiş, onun komandaya gəlməsində Braun böyük rol oynamışdı.

Ross Braun: “Bu il Mercedes AMG-nin iki sürücüsündən hansı çempion olsa da, buna layiqdir. Bəlkə kimlərsə arada baş verən texniki problemlərdən bəhs edə bilər, lakin sürücülər bunların avtoidmanın bir parçası olduğunu qəbul etməlidirlər. Bunlar hamının başına gələ bilər. Mən Nikonun qalib gəlməyini istərdim, çünki bundan əvvəlki iki ildə titulu əldən verib. Lyuis daha istedadlı sürücüdür və Nikodan bir qədər sürətlidir. Amma Niko da çox inadkar və çalışqandır. Bu da aradakı fərqi minimuma endirir”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*