Q.Paffet: “McLaren heç də qrafikdən geri qalmır”

McLaren komandasının test sürücüsü Qəri Paffetin sözlərinə görə, komandanın Valensiyada mövsümöncəsi testlərin birinci seriyasına köhnə maşınla gəlməsinə səbəb heç də […]

McLaren komandasının test sürücüsü Qəri Paffetin sözlərinə görə, komandanın Valensiyada mövsümöncəsi testlərin birinci seriyasına köhnə maşınla gəlməsinə səbəb heç də yeni MP4-26-ın hazırlanmasının qrafikdən geri qalması deyil. Bu qərarı komanda çoxdan qəbul edibmiş və bunun əsas səbəbi daha etibarlı maşında maksimum məsafə qət etməklə yeni Pirelli təkərləri haqqında çox məlumat toplamaqdır.

İlk test seriyası başa çatdıqdan bir gün sonra, fevralın 4-də Berlində McLaren komandası rəsmi təqdimat mərasimində yeni maşınını nümayiş etdirəcək və qalan mövsümöncəsi testlərdə məhz bu maşından istifadə edəcək.

Qəri Paffet: “Biz testlərin qrafikini əvvəldən nəzərdən keçirmişdik və çoxdan qərar qəbul etmişdik ki, yeni maşını birinci testlərə gətirməyəcəyik. Qrafikdən geri qalmırıq, sadəcə biz əvvəldən belə planlaşdırmışdıq. Birinci testlərdə biz yeni Pirelli təkərlərini köhnə şassidə yoxlayacayıq, bu çox vacibdir. Mühəndislər köhnə maşını yaxşı tanıyırlar, sazlanmalarını əzbər bilirlər və yeni təkərin xarakteristikası barədə bol məlumat ala biləcəklər.

Keçənilki MP4-25 bir qədər modifikasiya olunacaq və yeni reqlamentin texniki şərtlərinə yaxın olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*