KERS yalnız Ferrari və McLaren-də olacaq

Rəqiblərinin tərəddüdlərinə baxmayaraq, xüsusən də Pət Simondsun Monakonun dar küçələrində KERS-in heç bir üstünlük verməyəcəyini söyləməsindən sonra, iki komanda qarşıdakı […]

Rəqiblərinin tərəddüdlərinə baxmayaraq, xüsusən də Pət Simondsun Monakonun dar küçələrində KERS-in heç bir üstünlük verməyəcəyini söyləməsindən sonra, iki komanda qarşıdakı yarışda sistemdən istifadə edəcəyini bildirib. İspaniya Qran Prisində olduğu kimi KERS yalnız Ferrari və McLaren maşınlarına qoyulacaq…

Heykki Kovalaynen: “Monakoda KERS-dən praktiki olaraq rəqibləri ötmək üçün istifadə etmək hələ də sual altındadır, amma ümumilikdə sistem müəyyən qədər üstünlük verir.”

Renault komandası hazırda sistemin üstünlüyünü qiymətləndirir və Türkiyədə sistemdən istifadəyə qayıtmağı planlaşdırır, elə İstanbulda KERS-in yüngülləşdirilmiş versiyası BMW Sauber maşınlarına da qayıtmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*