15 Oktyabr 2019, Çərşənbə axşamı - 12:47

Jan Alezi: “Radio danışıqlarını məhdudlaşdırmaq doğru deyil”

Jan Alezi: “Radio danışıqlarını məhdudlaşdırmaq doğru deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

12:35 - 11 Yanvar, 2016

Eks Formula1 pilotu Jan Alezi radio danışıqlarına olan məhdudiyyətin yaxşı qərar olmadığını deyib…

F-1.az xatırladır ki, FİA iyul ayında sürücünün boksla radio danışıqlarına məhdudiyyət qoyaraq, pilotların öz istedadı hesabına yarışmasını planlaşdırmışdı.

Jan Alezi bu haqda fikirlərini bildirib: “Radio danışıqlarını məhdudlaşdırmaq doğru deyil. Mühəndis, pit komandası və pilot arasında çoxlu məlumat alış-verişi olur. Ancaq bir pilotun yarışda nələr edə biləcəyini görməliyik.

Formula 1-i daha cəlbedici etmək üçün radio danışıqlarını mütəşəkkil qaydaya salmaq lazımdır”.

Alezi turbo mühərriklər barədə də danışıb: “Çox faydalıdırlar, ətraf mühit üçün yaxşıdırlar və texnologiya cəhətdən çox inkişaf ediblər, ancaq avtoidman üçün çox səssizdirlər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 786
Teqlər , , ,
Paylaş

logo