O.Safnauer: Gözləntilər böyükdür

Alpine komandasının rəhbəri Ottmar Safnauer bildirib ki, 2023-cü ildəki hədəfləri dördüncülükdür.

F-1.az xatırladır ki, Fransa komandası keçən mövsümü dördüncü yerdə bitirmişdi. Bu il onlar növbəti addımı atmaq istəsələr də, ilk üçlüklə mübarizə aparmaq çətin olacaq.

Ottmar Safnauer: “İlin bu dövrü Formula1 komandaları üçün həmişə həyəcanlı olub. Keçən il mövsümü dördüncü yerdə bitirərək, hədəflərimizə çatdıq. Biz qarşımıza 100 yarış hədəfi qoymuşduq və artıq hədəf üçün 80-dən az yarış qalıb. Bu yolda komandaya liderlik etmək mənim üçün qürurvericidir.

2023-cü ildə əsas hədəfimiz daha çox finiş görmək və daha çox xal yığmaqdır. Bacardığımız qədər az yarışda mübarizəni dayandırmalıyıq. Komandadakı hər kəsdən gözləntilər yüksəkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*